Qərb bölgəsində yanğınlar baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Daşkəsən rayonunun Güneykənd kəndində ümumi sahəsi 100 m² olan kürsülü ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 84 m² sahədə yanıb.
Bundan başqa, Ağstafa rayonunun Həsənsu kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi və 1 ədəd xalça qismən yanıb.
Hər iki halda hadisə yerlərinə FHN-nin briqadaları cəlb olunub. Qurumun əməkdaşları alovun qarşısını alaraq, tikililəri tamamilə məhv olmaqdan xilas ediblər.
Hadisələr zamanı xəsarət alanlar barədə məlumat verilməyib.