Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.