top
“Qadınlar kişiləri daha çox zorakılığa məruz qoyurlar” - PSİXOLOQ
24 noyabr 2024, 16:40
- ↺ +

“Qadınlar kişiləri daha çox zorakılığa məruz qoyurlar” - PSİXOLOQ

 

“Gender bərabərliyindən çox danışırıq. Bəzənsə kişiləri qadınların hüquqlarını boğmaqda günahlandırırıq.  Amma reallığa baxanda çox zaman fərqli mənzərə görürük. Etiraf edək ki, son zamanlar qadınlara kifayət qədər çox azadlıqlar verilib.

Yəni bu gün ixtiyari qadın işləyə, təhsil ala və hətta biznes qura bilir, qadınlar daha əvvəlki kimi evdar deyillər. Amma təəssüf ki, bir çox qadınlar bu imkanları özbaşınalıq kimi qəbul edirlər. Guya ki, onlar istənilən məsələdə qərar verməkdə azaddırlar və onların işinə heç kim qarışa bilməz. Hətta onların qərarlarına qarşı çıxanlara qadınlar xüsusi qəddarlıq göstərir, qarşısındakını təhqir edir, hədələyir, alçaldırlar”.

Bizim.media.аz xəbər verir ki, bu fikirləri psixoloq Gülnar Orucova səsləndirib.

O qeyd edib ki, qadınlar onlara tanınan yeni hüquqların qədrini bilməlidirlər:

“Artıq heç bir ər qadınına işləmək, oxumaq, karyera qurmaq qadağası qoymur. Lakin bəzi qadınlar bu imkanları səhv dəyərləndirərək bunu özbaşınalıq kimi dərk  edirlər. Sosial şəbəkələrdə və hətta televiziyalarda elə mənzərələrə rast gəlirik ki, nitqimiz tutulur. Qadınlar utanıb çəkinmədən atalarını, ərlərini təhqir edirlər. Bir sözlə, son zamanlar kişilər qadınlar tərəfindən ciddi psixoloji zorakılığa məruz qalırlar.

Qadın tanıyıram ki, aliment puluna ehtiyacı yoxdur. Amma o pulu ödəyə bilməyən keçmiş ərini həbsə atdırıb. Boşanandan sonra uşaqları atalarına göstərməyən və bundan xüsusi zövq alan qadınlarımız da az deyil. Bundan başqa, ailə büdcəsində daha çox payı olan qadınların bəziləri xüsusilə iddialı olur. Ailəni öz bildiyi kimi idarə etməyə çalışır və bu zaman kişinin qürurunu ayaqlar altına atır.

Elə qadınlar var ki, istədiyinə nail olmaq üçün günlərlə ərinə psixoloji basqı edir. Belə hallarda qarşısındakının maraqları və sosial durumu qətiyyən nəzərə alınmır. Amma tarix boyu ailənin başçısı kişi olub, bu gün də belə olmalıdır”.

Psixoloq son zamanlar qadınların kişilərə qarşı zorakılıq etmələri haqqında daha çox xəbərlər yayıldığını qeyd edib:

“Hətta o gün bir xəbər oxudum ki, qadın qısqanclıq zəminində kişini bıçaqlayıb. Ondan əvvəlsə belə bir xəbər yayılmışdı ki, bir qadın hoteldə sevgilisini bıçaqlayaraq öldürüb. Belə xəbərləri eşitdikcə qadınların bu qədər aqressivləşməsinin cavabını tapa bilmirəm.

Bu cür hallar cəmiyyətimizi hara aparır?

Belə bir qayda yoxdur ki, cinayəti ancaq kişilər etməlidir. Amma qadın zərif məxluq olduğu üçün, onun bu qədər aqressiv olması başa düşülmür. Hələ onu demirəm ki, qadına ucadan danışmaq, kiməsə ucadan irad bildirmək belə yaraşmır. İctimai nəqliyyatda ən çox rast gəldiyimiz mənzərələrdən biri də xanım sərnişinin nəyə görəsə sürücünü təhqir etməsidir. Həmin qadınlar harada olduğunu unudaraq sürücünü  küçə söyüşləri ilə təhqir edir. Hətta çantasını sürücünün başına vuran qadınları da görürük”.

Gülnar Orucova təəssüflə bildirib ki, cəmiyyətimizdə klassik qadın obrazı unudulub:

“Qadınların bütün məsələlərə baxışları dəyişib. Qadınlar var ki, uşaq olsun deyə formal evliliyə gedir. “Məntiq evliliyi” deyərək yaşlı insanlarla izdivaca girirlər. Ərəblərə ərə gedərək 3-4-cü qadın olmağı belə özlərinə rəva görən qadınlarımız, qızlarımız var. Pula görə kiminsə neçənci arvadı olmaq o qədərmi vacibdir?! Bir çox qadınlar zənn edir ki, kişini güclü edən onun puludur. Ona görə də həmin qadınlar hansısa yolla daha çox pul qazanaraq “söz yiyəsi” olmaq istəyirlər. Belə vəziyyətdə isə qadınlar daha çox zorakı və idarəedilməz olurlar. Unutmayaq ki, hər bir qadının hakimiyyətdən, puldan çox əvəzsiz sevgiyə ehtiyacı var. Yaxşı olar ki, qadınlarımız o əvəzsiz sevgi uğrunda mübarizə aparsınlar”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər