top
Pensiya kapitalı ilə bağlı TƏKLİF – Pensiyaçılar pulunu varislərinə ÖTÜRƏ BİLƏCƏK?
07 noyabr 2024, 14:00
- ↺ +

Pensiya kapitalı ilə bağlı TƏKLİF – Pensiyaçılar pulunu varislərinə ÖTÜRƏ BİLƏCƏK?

 

Azərbaycanda pensiya yaşı 65-dir. Çox insan pensiya yaşının hazırki dönəmdə çox olduğunu düşünür. Çünki günümüzün insanları daha stresli, gərgindirlər və bu da qəfil, gənc yaşda ölümlərə səbəb olur. İnsanlar illərlə işləyib bir miqdar pensiya kapitalı yığırlar ki, işləyə bilmədikləri dönəmdə qayğısız yaşaya bilsinlər. Amma bunun nə dərəcədə real olması şübhəlidir. Pensiya kapitalından yararlana bilmədən vəfat edənlər çoxdur.

Beynəlxalq təcrübədə isə bu nəzərə alınıb və insanlar pensiya kapitalının bir hissəsini sağ ikən istifadə edə bilirlər.

Bəs bu, Azərbaycanda da tətbiq oluna bilərmi?

Millət vəkili Vüqar Bayramov bizim.media-ya bu məsələni müzakirəyə çıxardıqlarını bildirib.

“Pensiya kapitalının bir hissəsinin istifadəsi ilə bağlı biz də öz təkliflərimizi irəli sürmüşük. Təbii ki, bununla bağlı uyğun dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı istiqamətdə qərarların veriləcəyi bəlli olacaq. Ümumiyyətlə, biz beynəlxalq təcrübəni nəzərə alaraq, təklif edirik ki, pensiya kapitalının bir hissəsi kommunal xidmətlər, kreditlərin ödənməsi, o cümlədən səhiyyə, təhsil kimi sahələrdə istifadə olunsun. Burada müəyyən limit daxilində istifadədən söhbət gedir”.

Pensiya kapitalının varislərə ötürülməsi

Cəmiyyət arasında hər zaman müzakirə olunan başqa bir məqam da pensiya kapitalının varislərə ötürülməsidir. Deputat bu məsələyə də toxunub:

“Pensiya kapitalının varislərə, xüsusən də əgər vətəndaş qısa zamanda dünyasını dəyişirsə, kapitalını onun varisinə transfer edilməsini də təklif edirik. Buna uyğun olaraq yalnız minimum pensiya kapitalı anlayışı ilə deyil, orta pensiya kapitalı anlayışından da istifadə etməyi təklif edirik. Orta pensiya kapitalında artıq olan vəsaitin bir hissəsinin pensiya yaşı tamam olmadan istifadə edilməsi imkanları yaradılsın. Bu istiqamətdə təkliflərimizin təqdimatı davam edir”.

Pensiyaçıların sayında azalma var

Qeyd edək ki, cari ilin məlumatlarına görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfər olub. Bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır. 2023-cü ildə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər