Gəncədə dağılmış evin sakinlərinə partlayışdan 40 gün sonra yardım edilib.
Gencexeber.az məlumat verir ki, oktyabrın 18-də Gəncə şəhəri İsaq Cəfərov küçəsində baş verən partlayış nəticəsində dağılmış beşmərtəbəli yaşayış binasının sakinləri yerli hakimiyyət orqanlarının yardım vədlərinə baxmayaraq təxminən 2 aya yaxın müddət ərzində başlı-başına buraxılıblar.
Zərərçəkənlər ilk ödənişləri yalnız noyabrın 27-də - faciədən 41 gün sonra alıblar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri evin iki blokunu yaşayış üçün yararsız elan etsə də, yerli hakimiyyət orqanları yalnız çoxsaylı şikayətlərdən sonra sakinlərin fəryadına hay verib.
Evsiz qalan insanlar yerli icra orqanlarından nəinki təzminat, həm də gələcəkdə oxşar gecikmələrin qarşısını almaq üçün daha sürətli tədbirlərin həyata keçirilməsini tələb edirlər.
Cavid Şəmiyev