top
Oktayı Gəncədən Şuşaya aparan Vətən sevdası…
08 noyabr 2024, 11:27
- +

Oktayı Gəncədən Şuşaya aparan Vətən sevdası…

 

Azərbaycan xalqı bu gün Zəfər Gününü qeyd edir. Dörd il öncə, noyabrın 8-də, 44 günə tarix yazan igidlərimiz azad edilən torpaqlarımızın davamı olaraq, Qarabağın incisini - Şuşanı azad edib, bizə həsrətində olduğumuz tarixi Zəfəri bəxş etdi.

Təəssüf ki, bu şanlı tarixdə ordumuz itkilər də verib.

Noyabrın 8-də şəhadətə qovuşan qəhrəmanlarımızdan biri də Oktay Məmmədovdur.

Gencexeber.az-ın əməkdaşı şəhidimizin atası Namiq Məmmədovla həmsöhbət olub.

- Namiq müəllim, öncə şəhidimizin həyat yolu haqqında danışaq…

- Oktay 1994-cü il yanvarın 1-də Gəncədə anadan olub. İsmət Qayıbov adına 1 saylı orta məktəbi bitirib. 2012-ci ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət göstərib. 2019-cu ildə isə Kərbəla ziyarətində olub. Hərbi xidməti başa vurduqdan sonra şəhərdə zərgər kimi fəaliyyət göstərirdi. Vətəninə və dininə olan sevgisinin sərhədi yox idi. Gəncədə doğulub, böyüsə də, ana yurdu olan Füzuliyə bağlılığı tamam başqa idi. Füzulinin düşmən tapdağı altında olmasını qəbullanmırdı. Vətən sevdası, torpaqlarımızı azad etmək istəyi Oktayı 44 günlük müharibədə iştirak etməyə sövq etdi.

[caption id="attachment_69606" align="alignnone" width="696"]Oktayı Gəncədən Şuşaya aparan Vətən sevdası…  [/caption]

- Oktayın müharibədə iştirak edəcəyindən xəbəriniz var idi?

- Bəli, xəbərimiz var idi. General-mayor Polad Həşimovun vəfatından sonra könüllü olaraq müharibədə iştirak etmək üçün adını ordu sıralarına yazdırmışdı. 27 sentyabrda da döyüşə yollandı. Füzuli, Hadrut, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Döyüşlərə Füzulidən başladı, Şuşada isə şəhid olub.

Oktayı Gəncədən Şuşaya aparan Vətən sevdası…

- Şəhidlik xəbəri nə vaxt verildi sizə?

- Sonuncu dəfə noyabrın 6-ı axşam saat 10-da danışmışdıq. Həmin zəngdə mənə dedi ki, “hər şey yaxşı olacaq, amma 2-3 gün telefonum bağlı ola bilər, narahat olmayın”. Sonuncu zəngi, sonuncu sözləri bunlar oldu…

Şuşanın azad edildiydi gün Şuşa-Xankəndi yolunda şəhid olub. Amma şəhid olduğunu noyabrın 15-də bilmişik. Həmin günədək hər gün Füzuliyə  gedib şəhidlər, yaralılar arasında balamı axtarırdım. Noyabrın 15-i şəhid xəbərini aldıq, 16-sı isə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn etdik. Elə indi də övladımın məzarı başındayam…

Oktayı Gəncədən Şuşaya aparan Vətən sevdası…

- Bir ata olaraq onunla bağlı hansı arzularınız, istəkləriniz var idi?

- Hər valideyn kimi balamı sağlam, xoşbəxt görmək istəyirdim. Toy etmək, xoş gününü görmək istəyirdik, qismət olmadı.

- Oğlunuzun azad etdiyi əraziləri ziyarət etmisiniz? O torpaqlara ayaq basmaq necə hissdir?

- Bəli, dəfələrlə Şuşada və digər rayonlarda olmuşam. Orda yaşadığım anları, hissləri sözlə ifadə edə bilmərəm. Mənim balama da, digər şəhidlərə də Allah qəni-qəni rəhmət eləsin!

Qeyd edək ki, şəhid Oktay Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Humay İsgəndərli

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Çayxananın qarşısında həmyerlisini bıçaqlayan şəxslə bağlı qərar

Bütün xəbərlər
Bu gün, 11:00

ADAU əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 12:43

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:33

Gəncədə dispanser xəstəxana ilə birləşdirilir

Bütün xəbərlər
Dünən, 10:32

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 09:40

Gəncəli məktəblilərindən böyük uğur

Bütün xəbərlər
17 aprel 2026, 18:00

MKTİB: Sanitariya qaydalarını pozanlar məsuliyyətə cəlb olunacaq

Bütün xəbərlər
17 aprel 2026, 17:24

Buraxılış imtahanının nəticələri elan olunub

Bütün xəbərlər
17 aprel 2026, 16:49

Gəncəli müəllimlər Avropada təcrübə qazanacaqlar

Bütün xəbərlər
17 aprel 2026, 16:15

Gəncəli Əməkdar artistin 79 yaşı tamam olur

Bütün xəbərlər
17 aprel 2026, 15:43

Gəncəli Xalq artistinin qardaşı qızının meyiti tapıldı

Bütün xəbərlər
17 aprel 2026, 15:05

Gəncədə "BakuBus" sürücüsü ağsaqqalı "söhbətə çağırdı" - "Gəl bura!"

Bütün xəbərlər
17 aprel 2026, 14:37

Bu gün gəncəli yazıçı Sahib İbrahimlinin doğum günüdür

Bütün xəbərlər
17 aprel 2026, 13:39

MKTİB Gəncənin girişini bəzədi

Bütün xəbərlər
17 aprel 2026, 12:35

Sabiq idarə rəisi vəfat etdi

Bütün xəbərlər
17 aprel 2026, 10:39

Bakı-Ağstafa-Bakı qatarı Kürdəmirdə də dayanacaq

Bütün xəbərlər
17 aprel 2026, 10:07

Gəncədə ara məsafəni saxlamayan sürücü qəza törədib

Bütün xəbərlər
17 aprel 2026, 09:35

Gəncədə qanunsuz inşa olunan tikili sökülüb

Bütün xəbərlər
16 aprel 2026, 18:00

Gəncədə hazırlıq müəllimi 77 min manat qarşılığında…

Bütün xəbərlər
16 aprel 2026, 17:09

69 yaşlı qadının meyiti tapılıb

Bütün xəbərlər
16 aprel 2026, 16:24

ATU-da qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
16 aprel 2026, 15:45

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

Bütün xəbərlər
16 aprel 2026, 15:05

Gəncə sakinləri İNSAN ALVERİNƏ görə axtarılır

Bütün xəbərlər
16 aprel 2026, 14:26

Sabah 22 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər