Azərbaycanın rayonlarında noyabrın 16-da hava şəraiti əsasən yağmursuz keçəcək.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüzdən bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaq.