Noyabrın 12-si saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış yağır.
Gencexeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Gəncəbasar bölgəsinin Şəmkir və Yevlax rayonlarında düşən yağıntının miqdarı 5 mm olub. Həmçinin burada duman müşahidə edilib.
Havanın minimal temperaturu Aran rayonlarında 11, dağlıq rayonlarda 4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxta qeydə alınıb.