Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə M.Hadi adına 10 nömrəli tam orta məktəbdə “Yaşıl Dünya və Biz” adlı dəfilə keçirilib.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat verir ki, “Yaşıl Dünya Naminə” həmrəylik ili çərçivəsində Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri incəsənət və dizayn dərnəyinin rəhbəri Aynur Həmzəyeva tərəfindən dərnək üzvlərinin ideya və fikirlərini nəzərə almaqla 30-a yaxın hazırlanan moda nümunəsində məişətimizdə istifadəyə yararsız tullantı materiallardan yenidən gözəl və dəbli geyimlər hazırlanaraq nümayiş etdirilib.
Tədbirdə qurumun Tədrisin Keyfiyyəti Sektorunun müdiri Sevinc Quliyeva, GDRTİ-nin əməkdaşları, məktəb direktorları və valideynlər iştirak ediblər.