top
Məhkəmə liseyin həbs edilən keçmiş direktoru ilə bağlı qərarı ləğv etdi
05 dekabr 2024, 10:26
- ↺ +

Məhkəmə liseyin həbs edilən keçmiş direktoru ilə bağlı qərarı ləğv etdi

 

Ali Məhkəmədə Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69 418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.

Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Oxşar xəbərlər