top
Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər”
18 noyabr 2024, 11:55
- ↺ +

Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər”

 

“Vidadi Rzayevə həm şəxs, həm də futbolçu kimi böyük hörmətim var. İnanmıram ki, ömrünü futbola həsr edən biri yalan desin”.

Bu sözləri apasport.аz saytına açıqlamasında Mahir Şükürov deyib.

Millinin sabiq üzvü Vidadi Rzayevin “Gəncədə uşaq futboluna ayrılan pulları basıb-yeyirlər” fikrinə münasibət bildirib:

“Uşaq futboluna ayrılan pulları kimsə mənimsəyirsə, deməli inkişaf istəmir. Vidadi müəllimin dediyi söz yalnız “Kəpəz”ə aid deyil. Bir neçə klubda da pulları basıb-yeyirlər. Hər şey göz qabağındadır. Dünyada hər kəs uşaq futboluna yönəlib. Bizim akademiyalarda isə futbolçu yetişmir. İşə ciddi yanaşsalar, nəsə etmək olar. Uşaq futbolunun durumu acınacaqlıdır. Maliyyə cəhətdən də problemlər çoxdur. Premyer Liqaya xərclənən pulların heç olmasa yarısı uşaq futboluna ayrılmalıdır. Gələcəyi qurmaq lazımdır. Onsuz da avrokuboklarda “Qarabağ”dan başqa nəticə verən klubumuz yoxdur”.

Veteran futbolçu məşqçilik barədə düşünmədiyini də bildirib: “Şəxsən özüm heç vaxt baş məşqçi olmaq istəməmişəm. İstəsəm, çoxdan bu sahədə çalışardım. Məşqçi olmaq üçün gərək psixologiyanı anlayasan, futbolçularla çalışmağı bacarasan. Demirəm ki, bunlar məndə yoxdur. Sadəcə baxın, PRO kateqoriyalı o qədər məşqçilərimiz var ki, əksəriyyəti klubsuzdur. Əlinin altında material olmasa, alınan deyil. Material olmadan məşqçi kimi çalışmaq istəmərəm. Yaxşı heyətin olmasa, Premyer Liqada aşağı yerlər uğrunda mübarizə aparacaqsan. Beləcə də, klub rəhbərliyi ilə "üz-göz olub", komandanı tərk edəcəksən. Nəticədə başqa kluba təyin olunacaqsan, bu, belə də davam edəcək. Amma yanlışdır. Mütəxəssislə 5 illik müqavilə imzalanmalıdır. Uduzsan da, udsan da işinə davam etməlisən. Həmin inam yalnız Qurban Qurbanova verilib. Hazırda da “Zirə” Rəşad Sadıqova belə şans həvalə edib. Başqa hansı klubumuzda bu cür hal var ki?”.

Qeyd edək ki, Vidadi Rzayev daha öncə mətbuata açıqlamasında Gəncə futbolunda xoşagəlməz halların olduğunu bildirib. O, şəraitsizlik səbəbindən yarışlara gedə bilmədiklərini vurğulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər