Goranboyda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Gencexeber.az məlumat verir ki, hadisə Goranboy-Goran avtomobil yolunda qeydə alınıb. Bir müddətdir Nərimanlı kəndində yaşayan Lerik rayon sakini Samir Akif oğlu İbrahimov Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Fərəcova ilə təxminən 5 ilə yaxın qeyri-rəsmi münasibətdə olub. Onların tanışlığı Goran rayonunda fəaliyyət göstərən çay evindən başlayıb. Qadın həmin yerdə çalışıb.
İlkin məlumata əsasən, hadisəyə səbəb qısqanclıq olub. Belə ki, səhər saatlarında S.İbrahimov qadını izləyib və ona yaxınlaşaraq bel nahiyəsindən iki bıçaq zərbəsi vurub. Daha sonra S.İbrahimov avtomobillə sonuncunun üzərindən keçib. G.Fərəcova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.İbrahimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.
15:02
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Oxu.аz xəbər verir ki, Nərimanlı kəndi ərazisində baş verən hadisə zamanı Lerik sakini 1990-cı il təvəllüdlü Samir İbrahimov Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Fərəcovanı bıçaqlayıb.
Məlumata görə, S.İbrahimovla G.Fərəcova qeyri-rəsmi ər-arvad münasibətlərində olublar.
Şəxsi münasibətlər zəminində baş verən hadisə zamanı S.İbrahimov qadının bel nahiyəsinə 2 bıçaq zərbəsi vurub.
Qadın xəstəxanaya çatdırılıb. S.İbrahimov isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.