top
Kişi boşandığı arvadını 9 il sonra ÜRƏYİNDƏN BIÇAQLADI
15 noyabr 2024, 20:00
- +

Kişi boşandığı arvadını 9 il sonra ÜRƏYİNDƏN BIÇAQLADI

 

“Sənin mənimlə barışmaqdan başqa şansın yoxdur. Yoxsa səni öldürəcəm”.

İnsanoid.cоm-un əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında boşandığı arvadını öldürməkdə təqsirləndirilən Azər Sadıqov (ad şərtidir) deyib.

Belə ki, 1979-cu il təvəllüdlü Azər Sadıqov 2015-ci ildə məhkəmə qərarı ilə keçmiş arvadı Gülçin Əliyeva (ad şərtidir) ilə boşanıb. Keçmiş arvadının Natiq Qurbanovla (ad şərtidir) qeyri-rəsmi ər-arvad münasibətindən xəbər tutub. O, Gülçinə xəbərdalıq edib ki, bu münasibəti dayandırsın. Bir gecə spirtli içki qəbul edib keçmiş arvadının evinə gəlib. Ona yaşadığı sevgi münasibətinin evlənmək ərəfəsində olan oğlu Ömərin həyatında ciddi zədələr qoya biləcəyi barədə xəbərdarlıq edib. İstəyinə nail ola bilmədiyinə görə cinayətkar niyyətini həyata keçirmək üçün cibində gətirdiyi mətbəx bıçağı ilə Gülçini ürəyindən dəfələrlə bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Azər Sadıqova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində deyib ki, Gülçin mənə evli olanda xəyanət edib:

“Gülçinin xəyanətini öyrənəndə söhbət böyüdü. Gülçin Natiq ilə bir yerdə olmaq üçün mənimlə boşanmaq istədi. Buna görə məhkəməyə ərizə verdi və boşandıq. Aradan bir müddət keçəndən sonra oğlumuz Öməri evləndirmək qərarına gəldik. Gülçinlə danışdım ki, yaşadığı sevgi münasibətini bitirsin. Çünki gəlin gətirdiyi evə yad kişinin gəlməsi düzgün deyil. Gülçin mənimlə razılaşmırdı.

Natiqlə Gülçinin münasibəti biz evli olandan yaranıb. Neçə dəfə onları bir yerdə tutmuşam. Natiqin 3 uşağı var. Gülçinlə Natiqi bir yerdə tutanda xəstə övladımıza görə heç nə etmədim. Gülçin mənim dayımın qızıdır”.

Azər Sadıqovun sözlərinə görə, boşanandan sonra özünə gələ bilməyib, narkotik maddə və spirtli içkiyə qurşanıb:

“Boşanandan sonra içki içdim, narkotik vasitələrdən istifadə etdim və nəticədə əyyaş oldum. Meyvə satan vaxt Natiq ora gəlmişdi. O, Gülçindən onu kimin döydüyünü soruşub və keçmiş arvadım mənim onu vurduğumu deyib. Natiq də ona “nömrəni mənə ver” deyib. Natiqlə Gülçin o vaxtdan danışmağa başlayıblar. Neçə ay görüşmüşdülər. Gülçinin mənə xəyanət etməsinin səbəbini anlamadım. 2015-ci ildə Natiqlə Gülçini bir yerdə tutanda Natiqin üstünə bıçaq çıxardım”.

Mərhum Gülçin Əliyevanın hüquqi varisi, oğlu məhkəmə iclasında ifadə edib. O qeyd edib ki, Azər onlara atalıq hissini heç zaman yaşatmayıb:

“Biz iki qardaş yetimçiliklə böyümüşük. Atamız Azər yalnız sözdə “ata” olub. Əsgərlikdə olanda atam həbsdə idi. Heç bir dəfə də olsun, mənimlə maraqlanmayıb. Uşaq vaxtı dəfələrlə evdən şprislər tapıb, anama verirdim. Bundan başqa, babam bizə böyük torpaq sahəsi vermişdi. Atam onu aldatma yolu ilə 5 nəfərə satmışdı. Buna görə bizim üstümüzə dəfələrlə adamlar gəlmişdi. Babam atamı özü ilə Rusiyaya aparmışdı. Atam orada da fırıldaqçılıq, insanları aldatma ilə məşğul olurdu.

Valideynlərim rəsmi boşandıqdan sonra anam Natiq adlı şəxslə münasibət qurdu. O, bizə atalıq etdi. Hər zaman arxa dayağımız oldu. Atamla barışmaq fikrim yoxdur, ona ağır cəza verilməsini istəyirəm”.

Şahid qismində dindirilən Natiq Qurbanov ifadəsində göstərib ki, Gülçinlə dini kəbin kəsdirib:

“Gülçinlə mən ər-arvad münasibəti yaşayırıq. Gülçinlə dini kəbin də kəsdirmişik. Qohumlarımız da bu barədə bilirdi. Əlim daim Gülçin və uşaqlarının üstündə olub, onun uşaqlarına atalıq etmişəm. Gülçinin Rusiyada olan qardaşı Şamxal mənə zəng vurub, ağlaya-ağlaya harada olduğumu soruşdu. Ondan nə baş verdiyini soruşanda, Şamxal mənə bacısının öldürüldüyünü dedi. Kimin öldürdüyünü soruşanda, “Vurğun vurmuş bacımı öldürüb” deyə, cavab verdi”.

Cinayətə məhkəmə baxış keçirilərkən Azər Sadıqov və Gülçin Əliyevanın telefonu tədqiq edilib. Müəyyən olunub ki, Azər cinayəti törətməsindən bir neçə gün qabaq keçmiş arvadı Gülçinə “Whatsapp” proqramı vasitəsilə barışmayacağı təqdirdə onu öldürəcəyini yazıb. Ardınca dəfələrlə zəng edib. Digər mesajda Gülçinin onunla barışmaqdan başqa çıxış yolunun olmadığını bildirib.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Azər Sadıqov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Azər Sadıqov 12 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə hazırlıq müəllimi 77 min manat qarşılığında…

Bütün xəbərlər
Dünən, 17:09

69 yaşlı qadının meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 16:24

ATU-da qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 15:45

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

Bütün xəbərlər
Dünən, 15:05

Gəncə sakinləri İNSAN ALVERİNƏ görə axtarılır

Bütün xəbərlər
Dünən, 14:26

Sabah 22 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:48

"Gəncə Mall"un yanında sökülən binalar tarixi idi? – İDDİALARA CAVAB

Bütün xəbərlər
Dünən, 13:06

Bu uşaqlar peyvənd olunacaq

Bütün xəbərlər
Dünən, 12:30

1 yaşlı uşaq qızdırmadan öldü

Bütün xəbərlər
Dünən, 10:51

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə

Bütün xəbərlər
Dünən, 10:31

Gəncədə 57 yaşlı qadını maşın vurub

Bütün xəbərlər
Dünən, 10:12

Şəmkirdə kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:39

Gəncəli bəstəkarın vəfatından 45 il ötür…

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə bu dayanacaq üfunət saçır

Bütün xəbərlər
15 aprel 2026, 18:00

Təhsil idarəsinə TƏYİNAT

Bütün xəbərlər
15 aprel 2026, 17:03

Davulçu Aysel el şənliyində qolu gipsli iştirak edib

Bütün xəbərlər
15 aprel 2026, 16:30

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək

Bütün xəbərlər
15 aprel 2026, 16:07

Daha bir GƏNCƏLİ güləşçi Antalyada rəqib tanımadı

Bütün xəbərlər
15 aprel 2026, 15:25

Gəncədə qəzalı dam örtüyünün təmirinə başlanılıb

Bütün xəbərlər
15 aprel 2026, 14:50

Gəncədə çayxananın fəaliyyəti məhdudlaşdırılıb

Bütün xəbərlər
15 aprel 2026, 14:47

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
15 aprel 2026, 14:20

Gəncədə yük maşınları yolu zəbt edir

Bütün xəbərlər
15 aprel 2026, 13:07

Ölkə universitetlərində çalışan əcnəbi müəllimlərin SAYI

Bütün xəbərlər
15 aprel 2026, 12:37

Təhsil idarəsinin "WhatsApp" kanalı istifadəyə verilib

Oxşar xəbərlər