top
“Kəpəz”in legioneri: “Daha çox qol vurmaq istəyirik”
21 noyabr 2024, 11:10
- ↺ +

“Kəpəz”in legioneri: “Daha çox qol vurmaq istəyirik”

 

"İki həftədir ki, bu oyuna hazırlaşırıq və məşqlər yaxşı gedir. Çempionatda yaranan fasilədən maksimum şəkildə yararlanmağa çalışdıq".

Gencexeber.az xəbər verir ki, bu fikirlər "Kəpəz"in futbolçusu Valdemar Almeydaya məxsusdur. Yarımmüdafiəçi klubun mətbuat xidmətinə "Araz-Naxçıvan"a qarşı matçla bağlı danışarkən belə deyib. O, uğurlu nəticəyə kökləndiklərini bildirib:

"Məqsədimiz bəllidir, bütün qarşılaşmalara xal üçün çıxırıq. Bu günlər ərzində də məşq planımız hesabımıza üç xal əlavə etmək üzərində qurulub. Oyuna hazırlaşmaq üçün milli komandaların oyunları səbəbindən kifayət qədər vaxtımız olub. Diqqətimizi məşqlərə cəmləmişik. Fasilədən yaxşı yararlanmalıyıq".

"Pana" ləqəbli oyunçu qış fasiləsinə qədər komandanın daha çox xal toplamağı qarşısına məqsəd qoyduğunu deyib:

"Məşqlərdə və oyunlarda gördüyümüz işi davam etdirməliyik, belə olan halda qələbələr təbii olaraq gələcək. Çünki futbolda möcüzə yoxdur, əgər yaxşı işləyirsənsə, deməli, nəticəsi olacaq. Bir müddət əziyyət çəkə bilərsən, amma bunun qarşılığında bəhrəsi həmişə görünəcək. Biz daha çox qol vurmaq istəyirik. Sonuncu yerdən kənarda qış fasiləsinə yollanmaq möhtəşəm olacaq".

Almeyda açıqlamasında öz oyunu barədə danışmaq istəmədiyini qeyd edib. İşinə kənardakıların qiymət verməsini istəyib:

"Oyunum haqqında danışmağı çox sevmirəm, başqalarının danışmasına üstünlük verirəm. Kluba və həmkarlarıma çox yaxşı uyğunlaşıram və bu, meydançada işləri asanlaşdırır, özümdən müsbət enerji ötürməyə çalışıram. Təcrübəmi, biliklərimi komandanın oyununun, nəticəsinin yaxşılaşması üçün ortaya qoyuram. Azərbaycan futbolunun tarixi xüsusiyyətini özündə cəmləyən, əynimdə daşıdığım köynəyi daha da şərəfləndirmək üçün var gücümlə çalışacağam".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər