Gəncənin “Kəpəz” futbol klubu məğlub olub.
Gencexeber.az məlumat verir ki, “Kəpəz” Premyer Liqanın XVI turu çərçivəsində “Zirə” ilə qarşılaşıb.
Tovuz şəhər stadionunda keçirilən matç gəncəlilərin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, “Kəpəz” 14 oyundur “Zirə”ni məğlub edə bilmir. Klub 10 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.