top
İsmət Qayıbovun müəmmalı ölümündən 33 il ötür - VİDEO
20 noyabr 2024, 09:52
- ↺ +

İsmət Qayıbovun müəmmalı ölümündən 33 il ötür - VİDEO

 

1990-cı illərdə təzyiqlərə baxmayaraq, Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov ermənilərə qarşı mövqeyini açıq bildirib. O, 1991-ci ildə verdiyi son müsahibədə ermənilərin cinayətlərinin sovet rəhbərliyi tərəfindən cəzasız qalmasına etiraz edib, bu əməlləri “biabırçılıq” adlandırıb. Qayıbov 20 Yanvar faciəsini “Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırıb və bildirib ki, “bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxıblar”.

18 noyabr 1991-ci ildə Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Respublika rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edib. Buna səbəb həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Telefon zəngindən sonra Bakıda siyahı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda nüfuza malik şəxslərin, o cümlədən İsmət Qayıbovun bu siyahıda yer alması üçün xüsusilə israr edir. Siyahıya keçmiş SSRİ-nin dövlət xadimi Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl onun adı siyahıdan çıxarılır.

Siyahıya daxil olan 22 nəfər Ağdama uçaraq Xocavəndin ermənilər tərəfindən yandırılmış kəndinin sakinləri ilə görüş keçirir və hadisə yerinə getmək qərara alınır. 20 noyabr 1991-ci ildə Ağdam uçuş zolağından Mİ-8 tipli iki vertolyotun uçması planlaşdırılır. Lakin dövlət məmurlarının mindiyi vertolyot müşayiət olunmadan, təhlükəsizliyi təmin edilmədən havaya qalxır. Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu saat 14:42-də vurulur. Vertolyotda olan 22 nəfər dövlət məmuru, o cümlədən İsmət Qayıbov həlak olurlar.

Qəzanın səbəbi olaraq helikopterin hava şəraiti ilə bağlı qayaya çırpılması göstərilsə də, sonradan ekspertiza nəticəsində onun vurulma faktı təsdiqlənib. Bəzi dəlillərə əsasən, vertolyotun içərisində yanğın baş verməzdən əvvəl atışma olub. Vurulmuş helikopterin “qara qutusu” Azərbaycan hakimiyyəti tərəfindən Moskvaya təhvil verilib və tezliklə onun yandığı elan edilib. Həmin il bu faktla bağlı Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılsa da, sonradan istintaq dayandırılıb.

Qeyd edək ki, İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini Gəncə şəhər 1 saylı Maksim Qorki adına məktəbdə alıb. Hazırda Gəncədə 1 nömrəli tam orta məktəb İsmət Qayıbovun adını daşıyır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər