İşdən azad olunan Gəncə Dövlət Kollecinin direktoru İlqar Kubışov Mədəniyyət naziri Adil Kərimlinin xalasıoğludur.
Gencexeber.az-ın əldə etdiyi məlumata görə, İ.Kubışov bir ildən artıq müddət ərzində sözügedən vəzifədə çalışıb. Onunla yanaşı müavini Elşad Abbasov da işdən azad olunub.
Məlumat üçün bildirək ki, Gəncə Dövlət Kolleci Gəncə Dövlət Universitetinin balansında fəaliyyət göstərir.