top
İnsan alverində günahlandırılan qadın həbs edildi
16 noyabr 2024, 11:50
- ↺ +

İnsan alverində günahlandırılan qadın həbs edildi

 

Gəncə Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Yeganə Qəhrəmanovanın barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim İslam Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric olunub. Təqsirləndirilən şəxs 7 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Yeganə Qəhrəmanova barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından həbsə alınıb.

Qərara əsasən, kassasiya protesti qismən təmin edilib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttihama görə, Y.Qəhrəmanova dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacısı ilə razılaşıb cinayət əlaqəsinə girib. O, zərərçəkmiş G.H. (şərti) ilə Tovuz rayonu, Qovlar şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb, onu Türkiyənin Bursa şəhərində olan tikiş sexlərinin birində yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 11 dekabr 2016-cı il tarixdə Azərbaycan dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Bursa şəhərinə aparıb, orada kirayə götürdüyü mənzildə yerləşdirib və 16 dekabr 2016-cı il tarixdən 6 yanvar 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub, CM-in 144-3.4-cü maddəsi ilə isə Y.Qəhrəmanovaya bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, onun cəzasının ağırlaşdırılmasını istəyib. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya protestini qismən təmin edib, hökm dəyişdirilib və qadına şərti cəza verilib. Bu qərardan da dövlət ittihamçısı narazı qalaraq kassasiya protesti verib. O, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edib. Ali Məhkəmənin qərarına əsasən, kassasiya protesti qismən təmin edilib, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər