top
Hər rayonun niyə öz xəstəliyi var? - Səbəblər və çıxış yolları
03 noyabr 2024, 14:00
- ↺ +

Hər rayonun niyə "öz xəstəliyi" var? - Səbəblər və çıxış yolları

 

Milli Məclisin oktyabrın 29-da keçirilən iclasında Azərbaycanda səhiyyə xəritəsinin yaradılması məsələsi təklif olunub.

Səbəb olaraq isə vurğulanıb ki, ayrı-ayrı bölgələrə xas xəstəliklər tüğyan edir. Məsələn, bəzi bölgələrdə ürək-damar, bəzilərində şəkər, digərlərində isə onkoloji xəstəliklər üstünlük təşkil edir. Qeyd olunub ki, məsələnin həlli üçün regionlar üzrə səhiyyə xəritəsi hazırlandıqdan sonra səbəblər araşdırılmalıdır.

Bəs reallıq nə yerdədir? Bu xəritəni hazırlamağa ehtiyac varmı, məsələnin həlli istiqamətində hansı addımlar atılmalıdır?

Oxu.Аz mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda ayrı-ayrı bölgələr üzrə müxtəlif xəstəliklərin üstünlük təşkil etməsi bir sıra amillərlə bağlıdır:

"Regionlarda olan mühit və əhali sıxlığını qeyd edə bilərik. Radiasiya amilləri də xəstəliklərə səbəb olur. Məsələn, vaxtilə Qəbələdə radiolokasiya stansiyası var idi, sonradan həmin stansiyanı bağladılar. Lakin o stansiya müxtəlif xəstəliklər yaratdı: ürək-damar və onkoloji xəstəliklərdə artımlar müşahidə edildi.

Bundan əlavə, bəzi rayonlarda gölməçələr olan yerlərdə ağcaqanadlar çox olduğu üçün vaxtilə malyariya xəstəliyinin çəkisi artıb. Belə nümunələri çox saymaq olar".

Ekspert vurğulayıb ki, bölgələrdə yayılan xəstəliklərin statistikası öyrənilməlidir:

"Müxtəlif xəstəliklərin həm xəritəsi, həm dinamikası, həm də səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Səbəblər qidalanmaya, içməli suya, havanın çirklənməsinə və iqlim şəraitinə bağlı ola bilər. Bunlarla əlaqədar ayrıca tədbir görülməlidir. Profilaktik səhiyyəmizin olmasının tərəfdarıyam. Yəni əvvəlcədən ağırlaşmalara gedən yolun qarşısını almaq lazımdır, nəinki sonradan tədbir görmək. Yaxşı olardı ki, Səhiyyə Nazirliyinin müvafiq komitəsi bununla bağlı addımlar atsın, tədbirlər görsün".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə Oxu.Az-a açıqlamasında bildirib ki, ölkəmizdə "səhiyyə xəritəsi"nin başqa forması var:

"Sadəcə, sözügedən ad termin olaraq fərqlidir. Dövlət Statistika Komitəsinin və Səhiyyə Nazirliyinin bölgələr üzrə statistik məlumatlarını qeyd etməliyik. Açıq mənbələr və sorğular vasitəsilə bu məlumatları əldə etmək mümkündür. Bu məlumatlar səhiyyə standartları, kadrların yerləşdirilməsi və sair məsələlər əsasında hazırlanır. Həmin göstəricilər əsasında səhiyyəyə nəzarət edən müvafiq qurumlar planlar hazırlayırlar. Bu planlara əsasən, zamanında müdaxilələr olmalıdır. Bunu "səhiyyə xəritəsi" və ya səhiyyədəki statistik məlumatlar kimi adlandıra bilərik. Sözlərdə fərq var, mahiyyət isə eynidir".

M.Məmmədli qeyd edib ki, haqqında danışdığımız məsələ bütün dünya üçün xarakterikdir:

"Qidalanma xüsusiyyətləri, səhiyyə xidmətinin keyfiyyəti və əlçatanlığı məsələsi dünya ölkələrində bu problemi yaradan amillərdir. Məsələn, mətbəxdə dəniz məhsullarına üstünlük verildikdə ürək-damar xəstəliklərinə daha az rast gəlinir. Biz bunu Yaponiyada və Aralıq dənizi sahili ölkələrində görə bilərik. Uşaqların peyvəndlənməsi, içməli suda yodun miqdarına nəzarət və sair amillər də var. İçməli suda yodun səviyyəsi normadan artıq və ya az olduqda qalxanabənzər vəzidə problemlər yaranır. Havaların çox soyuq keçdiyi bölgələrdə ağciyər xəstəlikləri üstünlük təşkil edir".

Deputat deyib ki, ikinci məsələ profilaktik təbabətin hansı səviyyədə aparılmasındadır:

"Məsələn, bir regionda səhiyyə xidməti yüksək səviyyədə qurulursa, profilaktik təbabət də ona uyğunlaşır, digər bölgədə zəif səviyyədə qurulursa, problemlər ortaya çıxır. Bu amillər nəticədə ölüm və xəstələnmə hallarına təsir edir".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər