Gəncə şəhər 1 saylı qəbiristanlıqda abadlıq işləri görülür.
Gencexeber.az-ın məlumatına görə, şəhər sakinləri arasında daha çox Köhnə Səbiskar kimi tanınan qəbiristanlığın daxili yollarında tamet daşları döşənib. İşlər məzarlığın müdiri Ceyhun Fərəcovun rəhbərliyi altında, Nizami rayon bələdiyyəsinin və xeyirxah şəhər sakinlərin dəstəyi ilə həyata keçirilir.
Tarixi təxminən 600 il təşkil edən qəbiristanlığın ərazisi təqribən 7 hektar ərazini əhatə edir. Orada yağış sularının axıdılması məqsədi ilə drenaj və kanalizasiya sistemi də çəkilib.