Cəmi 5 yaşı olan Gəncə güləşçisi Bünyamin Məmmədov növbəti uğurunu qazanıb.
Gencexeber.az məlumat verir ki, "Müstəqilliyin Bərpası Günü" münasibəti ilə sərbəst güləş üzrə Goranboy rayon turniri baş tutub. Yarışda Nizami yurdunu təmsil edənlərdən biri də 2020-ci il təvəllüdlü Bünyamin Məmmədov olub.
20 kiloqram çəki dərəcəsində mübarizə aparan Bünyamin turnirin sonunda üçüncü yerə layiq görülüb. O, diplom və medalla təltif olunub.
Qeyd edək ki, Bünyamin Məmmədov cari ilin aprel ayında Qax şəhərində keçirilən şəhərlərarası birincilikdə ikinci, may ayında Gəncə şəhər birinciliyində yenə ikinci, iyun ayında Gəncə İdman Klubunda təşkil olunmuş yarışda üçüncü, avqust ayında Tovuzda keçirilən şəhərlərarası birincilikdə isə birinci yeri tutub.