Gəncəyə yollanan Rusiya Federasiyasının Stavropol vilayətinin Budyonnovsk şəhərinin sakini Mineralnıye Vodı Beynəlxalq Hava Limanının milyonuncu sərnişin olub.
Gencexeber.az məlumat verir ki, bu barədə hava limanının “Telegram” kanalı məlumat yayıb.
Aeroportda qeydiyyatda olan milyonuncu sərnişin, Budyonnovsk sakini Yuri Kalyakin bacısı Nadejda ilə birlikdə “Azimut” aviaşirkətinin reysi ilə qohumlarını ziyarət etmək üçün Gəncəyə yollanıb.
Yuriyə aviaşirkətdən və hava limanından xatirə hədiyyələri verilib.