Bu gün Azərbaycan Milli Basketbol Komandası Dünya Kubokunun ilkin təsnifat mərhələsinin qrup oyununda səfərdə İrlandiya seçməsi ilə üz-üzə gələcək.
Gencexeber.az bildirir ki, bu barədə “Gəncə" BK məlumat yayıb.
Yığmamızın heyətində "Gəncə"nin iki üzvü - Elşad Şirzadov ilə Cəbrayıl Əkbərov da yer alıb.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və "CBC Sport" telekanalı vasitəsilə basketbolsevərlərə təqdim olunacaq.