“Gəncə” BK-nın iki üzvü Azərbaycanın kişilərdən ibarət milli basketbol komandasına dəvət ediliblər.
Gencexeber.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, kapitan Elşad Şirzadov və Cəbrayıl Əkbərov yığmaya çağırılıb.
Basketbolçularımız noyabrın 21-də 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyuna çıxacaqlar. Millimiz İrlandiyada meydan sahibləri ilə qarşılaşacaq.
Qeyd edək ki, “Gəncə” BK cari mövsümdə Azərbaycan Basketbol Liqasında baş tutan bütün oyunlarda qələbə qazanıb.