top
Gəncənin baş məşqçisi: Planlaşdırdığımız yerdəyik
27 noyabr 2024, 17:59
- ↺ +

"Gəncə"nin baş məşqçisi: "Planlaşdırdığımız yerdəyik"

 

"Gəncə" basketbol komandasının baş məşqçisi Halil Atlı müsahibə verib.

Gencexeber.az basketbol klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında ilk üç turu dəyərləndirib:

"Bütün oyunlarda qələbə qazandığımızdan istədiyimiz şəkildə irəlilədiyimizi deyə bilərik. Əslində, planlama nöqtəsində çempionata uğurlu başlayacağımızı bilirdim. Önəmli olan komandanı buna inandırmaq, kollektivi yaxşı hazırlaşdırmaq idi. Həm fiziki, həm də texniki cəhətdən keyfiyyətli hazırlaşdığımızı düşünürəm. İlk turlarda rəqiblərimizi də uyğun şəkildə təhlil etdik. Oyunçular vurğuladığımız detallara düzgün yanaşıb bacardıqlarını etdilər. Ona görə deyə bilərəm ki, əvvəldən planlaşdırdığımız yerdəyik".

H.Atlı hər komandanın özünəməxsus oyun sisteminin olduğunu bildirib:

"Ona görə bizim digərlərindən hər hansı bir şeyi daha yaxşı bacardığımızı deməyim düzgün olmaz. Amma məni ilk üç matçda sevindirən məqam hər oyunda öz sistemimizdə müəyyən dəyişikliklər etməyimiz və basketbolçuların buna tezliklə uyğunlaşması, tapşırıqları meydanda həyata keçirməsi oldu".

Baş məşqçi B qrupunda 6 xalla birinci pillədə qərarlaşmaları barədə danışıb:

"Lider mövqeyinə çıxmaq və orada qalmaq çox çətindir. Tutduğumuz yeri qorumaq çox önəmlidir və biz bunu etməyə çalışacağıq. Hamımızın hədəfi budur. Liqa uzun bir marafondur. Qarşıda çox oyunlar var. Zaman keçdikcə rəqiblər bir-birini daha yaxından tanıyacaqlar. Ona görə indidən dəqiq bir şey demək çox tezdir. Amma bizim qarşımıza qoyduğumuz hədəf var. Basketbolçular buna doğru irəliləyirlər. Onlar oyunları ilə mənə inam verirlər. Qarşımızda duran ilk vəzifə, öncədən də dediyim kimi, “Gəncə”ni yenidən pley-offa daşımaqdır. Sonrasına addım-addım baxacağıq".

O, çempionatda yaranmış fasiləyə mövsüm öncəsi hazırlıq dövrü kimi yanaşdıqlarını vurğulayıb:

"Məncə, bizim üçün yaxşı keçdi. Fiziki gücümüzə güc qatdıq. Daha yaxşı edə biləcəyimiz işlərin üzərində çalışdıq, inkişaf etdik. Yoxlama oyunu keçirə bilməməyimiz bir az məni üzür. İstənilən halda, düşünürəm ki, fasilə dövrü bizim üçün hazırlaşmaq baxımından yaxşı fürsət oldu".

Mütəxəssis növbəti turda üzləşəcəkləri "Şəki" ilə matça da toxunub və həmkarı Bedri Meriçin daha əvvəl "Gəncə"də işlədiyini xatırladıb:

"Bedri hoca bu şəhər üçün doğmadır. Ötən mövsüm “Gəncə”nin məşqçisi olaraq burada gözəl münasibətlər qurub. İndi onu və komandasını qonaq edəcəyik. Ümid edirəm ki, yaxşı oyun olacaq".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər