Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinq üzrə dünya çempionatı keçirilib.
Gencexeber.az məlumat verir ki, turnirdə gəncəli idmançı Vüsal Ağalarov 110 kq çəki dərəcəsində çıxış edib. O, toplam 890 kq (çöməlmə ilə - 365 kq, uzanaraq - 205 kq, yerdən qaldıraraq - 320 kq) nəticə göstərərək 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, idmançımız öz çəkisi 108,8 kq-a bərabər olub. O, tanınmış rusiyalı pauerliftinqçi Aleksandr Luqovoyun rəhbərliyi altında yarışa qatılıb.