top
Gəncəli model: “Qadınlarla işləmək daha rahatdır” – ÖZƏL MÜSAHİBƏ
19 noyabr 2024, 20:00
- +

Gəncəli model: “Qadınlarla işləmək daha rahatdır” – ÖZƏL MÜSAHİBƏ

 

Son illərdə Azərbaycanda modellik sahəsi  getdikcə daha çox diqqət çəkən və inkişaf edən sahəyə çevrilib. Gənclərin beynəlxalq səhnələrdə tanınması üçün bir çox fürsətlər yaranıb.

Azərbaycanda modellərin əksəriyyəti müasir moda nümayişlərində, reklam kampaniyalarında və jurnal fotosessiyalarında iştirak edir. Modellik, həmçinin bir çox gənc üçün əyləncəli və prestijli bir peşə olaraq görülür.

Azərbaycan modellərindən biri də təsadüfən moda dünyasına daxil olan Zöhrab Paşayevdir.

Gencexeber.az həmin model ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Zöhrab, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1999-cu ildə Gəncə şəhərində anadan olmuşam. Hazırda da Gəncədə yaşayıram.

- Model olmağa necə başladınız? Bu peşəyə necə yönəldiniz?

- Model fəaliyyətində 2021-ci ildə başladım. Modelliyə gedən yollarda xeyli əngəllərlə qarşılaşmışam. Türkiyədə kafelərin birində əyləşmişdim. Bir xanım mənə yaxınlaşdı. Həmin xanım məni kastinqdən keçməyə dəvət etdi. Təkliflə razılaşdım. Gedib, kastinqdən keçdim. Və elə həmin gündən modellik fəaliyyətimə başladım.

- Bu peşənin ən çətin tərəfi nədir?

- Ən çətin tərəfi yetərincə dəyər verilməməsidir. Bizim ölkəmizdə modellərə qiymət verən yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində modellər  o qədər də çətinliklə üzləşmirlər. Ümumiyyətlə, Azərbaycanda model anlayışı yüksək səviyyədə deyil. Ona görə də çətinliklərlə qarşılaşırıq.

- Modellik karyeranızda ən qürurverici anınız nə olub?

- Türkiyədə yarış keçirilmişdi. Mən orada 70 nəfərin içərisindən birinci yerə layiq görüldüm. Həmin an çox qürurlandım. Nailiyyətlərim daha çoxdur. Sadəcə ilk dəfə olduğu üçün çox sevindim, özümlə qürur duydum. Zaman keçdikcə insan alışır.

- Hansı dizaynerlər və ya markalarla işləmək istərdiniz?

- Mən əslində öz markamı yaratmağı düşünürəm. İnşallah ki, yaxın zamanda o istəyimi həyata keçirəcəyəm.

- Gözəllik və görünüşünüzə necə diqqət edirsiniz?

- Gözəllik və görünüşdə çox diqqətciləm. Ümumiyyətlə, bizim sahədən olanlar kosmetoloji proseslərdən də məlumatlı olurlar.

- Modellik dünyasında qadınlarla və digər kişilərlə işləmək arasında fərqlər var?

- Mən düşünürəm ki, modelik dünyasında kişilərlə işləmək bir az çətindir. Qadınlarla işləmək daha rahat olur.

- Günlük rutinləriniz və həyat tərziniz barədə bizə məlumat verə bilərsiniz?

- Hazırda çox ağır bir iş rejimində çalışıram. Səhər tez qalxıram. Görüləsi işlər çoxdur. Regionları gəzirik. Regionlardan yeni simalar axtarırıq. Tədbirlərimizi yeni simaların iştirakı ilə təşkil etmək istəyirik. Azərbaycanda eyni tipli simaları aradan qaldırmağa cəhd edirik.

- Modellik fəaliyyətində özünüzü necə motivasiya edirsiniz?

- Məni motivasiya edən yeganə şey işimdir. Mənim ətrafımda çox dəyərli insanlar var. Onlar da məni motivasiya edirlər. İstər-istəməz qazandığın uğurlar da səni motivasiya edir. Gələcək ilə bağlı qurduğum xəyallar, iş strategiyam -  bunlar hamısı mənə stimul verir.

- Karyeranıza başlamazdan əvvəl hansı sahələrdə işləmək istədiniz?

- Karyerama başlamamışdan öncə bir çox sahələrdə çalışmışam. Lakin hər zaman özümü böyük işlərdə görürdüm. Heç vaxt kiçik işlərlə maraqlanmamışam. Xəyallarım kiçik olmayıb. Hazırda da daha yüksəkləri düşünürəm.

- Gələcəkdə hansı məqsədləriniz və hədəfləriniz var?

- Gələcəkdə Azərbaycanda böyük kastinq şirkətinə sahib olmaq istəyirəm. Azərbaycanda yeni simaları tanıdıb, ortaya çıxarmaq istəyirəm. Elə səviyyəyə çıxarmaq istəyirəm ki, hər kəs Azərbaycanda bir brendin olduğuna inansın.

- Modellik peşəsində uğursuzluqlar yaşadınızmı?

- Bu günə qədər heç bir uğursuzluqla qarşılaşmamışam.

- Modellikdən sonra nə kimi yeni layihələr üzərində çalışmaq istərdiniz?

- Modellikdən sonrasını düşünə bilmirəm. Çünki sadəcə bu işin üstünə köklənmişəm. Bir işi qoyub, digərini fikirləşmək də demək olar ki, uğursuzluq gətirir.

- Təşkilatçılığını etdiyiniz layihədən danışmağınızı istərdim.

- Layihələr üzərində çalışırıq. Təşkil etdiyimiz layihələrdən biri də Gəncədə dekabrın 1-də təqdim olunacaq. Mükafat gecəsi və “fashion” (moda) keçiriləcək. 27 yanvarda Türkiyə, Azərbaycan və Özbəkistan modellərinin geyimləri nümayiş olunacaq. Biz təşkil etmişik. Təşəkkürnamələrimiz də verilib. Bu işə “Turan of color” adı altında başlamışıq. Fərqli-fərqli ölkələrdə hər il təşkil olunacaq.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Bütün xəbərlər
Bu gün, 14:33

Göygöldəki möhtəşəm tədbirin tarixi açıqlandı - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
Bu gün, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
Bu gün, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
Dünən, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Bütün xəbərlər
Dünən, 13:13

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Şəhid xanımı

Bütün xəbərlər
Dünən, 12:36

Gəncədə ərazi binanın tikintisi üçün qazılıb – 10 il keçib…

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə turizm könüllüləri AXTARILIR

Bütün xəbərlər
07 iyul 2026, 16:57

"Kəpəz" futbolçusu ilə müqavilə müddətini uzatmayıb

Bütün xəbərlər
07 iyul 2026, 16:23

Xalq artistimizin 73 yaşı tamam oldu

Bütün xəbərlər
07 iyul 2026, 15:33

20 manatlıq rüsum ləğv edilir

Bütün xəbərlər
07 iyul 2026, 13:04

Ər maşından düşmək istəməyən arvadını döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
07 iyul 2026, 12:29

"Kəpəz" futbolçusu ilə vidalaşıb

Bizim fəxrimiz
07 iyul 2026, 11:56

Gəncəli strongmen Azərbaycan rekordu rəsmləşdirdi

Bütün xəbərlər
07 iyul 2026, 10:51

Gəncədə təhsil işçilərinə ŞAD XƏBƏR: avtobus ödənişlərinin 10%-i…

Bütün xəbərlər
07 iyul 2026, 09:36

Abituriyentlər iyulun 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər

Bütün xəbərlər
06 iyul 2026, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
06 iyul 2026, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
06 iyul 2026, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
06 iyul 2026, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
06 iyul 2026, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
06 iyul 2026, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
06 iyul 2026, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Oxşar xəbərlər