Gəncədə piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Gencexeber.az-ın məlumatına görə, Gülüstan qəsəbəsində, “Telestudiya” adlanan ərazidə yeni işıqforlar istifadəyə verilib.
Yeni qurğuların işə salınması sayəsində dördzolaqlı sürətli yolun qarşı tərəfinə keçmək istəyən sakinlər, xüsusən də uşaqlar, qocalar və digər həssas kateqoriyalardan olan vətəndaşlar üçün təhlükə xeyli azalıb.