İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 19-da növbəti dəfə torpaq hərracları keçirəcək.
Gencexeber.az quruma istinadən məlumat verir ki, hərraclar ƏMDX-nın Gəncə, Ucar, Bərdə, Xaçmaz, Cəlilabad və Şəkidə yerləşən ərazi şöbələrində olacaq.
Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq. Ətraflı məlumatı buradan əldə etmək mümkündür.