Gəncədə kuryer idarə etdiyi motosikletlə qəzaya düşüb.
Gencexeber.az-ın əldə etdiyi məlumata əsasən hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" markalı avtomobil kuryeri vurub. O, Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.