Gəncədə xilasetmə tədbirləri keçirilib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, qurumun "112" qaynar telefon xəttinə Gəncə şəhərində 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bununla bağlı FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Nəticədə 2 nəfərə müvafiq köməklik göstərilib.