top
Gəncədə insan FACİƏSİ: Evsizlər üçün sığınacaq yoxdur
18 noyabr 2024, 19:00
- ↺ +

Gəncədə insan FACİƏSİ: Evsizlər üçün sığınacaq yoxdur

 

Gəncədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirə biləcək ixtisaslaşmış müəssisələr yoxdur.

Bu barədə məlumatı Gencexeber.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov verib.

Onun sözlərinə görə, Azərbaycanda yuxarıda sadalanan qruplardan olan insanlar üçün 2017-ci ildən fəaliyyət göstərən sığınacaq və sosial reabilitasiya müəssisəsi əslində var, lakin Bakıda yerləşir.

Paytaxtda yerləşən sığınacağa qəbul qaydalarına uyğun olaraq, şəxs müəssisəyə qəbul edilmədən öncə onun sağlamlıq vəziyyətinin ilkin tibbi müayinəsi aparılır, müvafiq səhiyyə müəsisəsi tərəfindən yoxlanılır. Həmçinin vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur.

 

Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır.

Bildirilib ki, müəssisəyə qəbul olunanlara burada sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilir. Mərkəzdə bu ilin yanvar-oktyabr ayları ərzində Respublikanın müxtəlif bölgələrindən 100-dən çox şəxsə xidmət göstərilib.

Amma Gəncədə analoji müəssisənin olmaması oxşar vəziyyətə düşən yerli vətəndaşlar üçün çətinlik yaradır.

Belə ki, hazırda sosial təhlükə altında olan gəncəlilər və ya ətraf rayonlardan olan vətəndaşlar yalnız Bakıya üz tuta, orada lazımi kömək və dəstəyi ala bilərlər. Gəncədə belə mərkəzlərin açılması məsələsi aktual olaraq qalır və yerli hakimiyyət orqanları ilə yanaşı, müvafiq nazirlik tərəfindən əlavə müzakirə tələb edir.

Humay İsgəndərli

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər