Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Daşkəsən, Ağstafa, Gədəbəy, Qazax, Samux, Göygöl və Şəmkirdə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Gəncə, Goranboy və Tovuzda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.