top
Gəncədə elmi konfrans keçirilib
19 noyabr 2024, 09:23
- ↺ +

Gəncədə elmi konfrans keçirilib

 

Gəncədə “Qərb regionunun sənaye tullantıları və ətraf mühit” mövzusunda Respublika elmi konfransı keçirilib.

Gencexeber.az İcra Hakimiyyətinə istinadən məlumat verir ki, konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin dəstəyi və AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə AMEA Gəncə Bölməsində gerçəkləşib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sələndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun yaranması və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Ekologiya və Təbii Ehtiyatlar institutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında konfransın gedişatı haqqında məlumat verib. O qeyd edib ki, konfransa Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir sıra elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və araşdırmaçılar qatılıb. Fuad Əliyev ölkəmizdə noyabrın 12-dən başlayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına start verildiyini diqqətə çatdırıb və həmin tədbirdə səslənən çağırışların alimlərimizin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Sənubər Qocayeva çıxışında konfrans iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayaraq konfransın gedişatına uğurlar arzulayıb.  O, bu elmi tədbirin COP29 çərçivəsində keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov da qeyd edib ki, alimlərimizin, elm ocaqlarımızın qarşısında dünyanı təhdid edən iqlim anomaliyası, ekoloji böhran, onların təbii resurslara, ərzaq təminatına təsiri və digər bu kimi məsələlərlə bağlı problemlərin ölkəmizin, onun bölgələrinin həyati məsələlərinə təsirinin minimuma endirilməsi üzrə aktual vəzifələr durur.

Konfransda Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri namizədi, dosent Mahirə Şərifova, Neft-Kimya Prosesləri İnstitutundan texnika elmləri doktoru, professor Təranə Məmmədov, kimya elmləri doktoru Füzuli Nəsirov, Aşqarlar Kimyası İnstitutundan Könül Qəhrəmanova, Bioresurslar İnstitutundan (Gəncə) kimya üzrə fəlsəfə doktorları, dosentlər İmran Qasımov və Aişə Süleymanova, Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan texika üzrə fəlsəfə doktoru İlahə Cəfərova və digər alimlər mövzu ilə bağlı geniş çıxışlar ediblər.

Aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə konfransın fəal iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Respublika elmi konfransına təqdim edilən 70-dən çox elmi məruzədən 48-i qəbul edilib.

[caption id="attachment_70501" align="alignnone" width="696"]Gəncədə elmi konfrans keçirilib  [/caption]

[caption id="attachment_70500" align="alignnone" width="696"]Gəncədə elmi konfrans keçirilib  [/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər