Gəncədə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib.
Gencexeber.az Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat verir ki, qurumun yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində becərilən ağac tinglərinin şəhərin müxtəlif ərazilərinə köçürülməsinə başlanılıb.
Bildirilib ki, ilkin olaraq 200 ədəd palıd ağacının tingləri şəhərin avtomobil zavodu yolunda yerləşən yaşıllıq zolağına əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, yeni və mövcud yaşıllıqların suvarılması təmin edilib.