Gəncədə sabah bayram tədbiri olacaq.
Bu barədə Gencexeber.az-a İcra Hakimiyyətindən məlumat daxil olub.
Məlumatda deyilir:
“Hörmətli şəhid ailələri, müharibə iştirakçıları, Gəncə şəhər sakinləri və şəhərimizin qonaqları!
Sizi, 08 noyabr 2024-cü il tarixində, saat 19:00-da Gəncə şəhərinin Heydər Əliyev adına meydanında (Gəncə Şəhər İcra Hakimiyyətinin İnzibati binasının qarşısı) 8 Noyabr - Zəfər Günü münasibəti ilə təşkil olunacaq konsert proqramını izləməyə dəvət edirik. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq”.