top
Gəncədə 19 yaşlı oğlan anasına sevgi etiraf edən kişini BIÇAQLADI
12 noyabr 2024, 11:45
- ↺ +

Gəncədə 19 yaşlı oğlan anasına sevgi etiraf edən kişini BIÇAQLADI

 

“Vahid anama “Gəl, səni saxlayım. Ürəyim” kimi sözlər deyirdi”.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında anasına sevgi etirafı edən şəxsi bıçaqlamaqda təqsirləndirilən Nicat Qasımov (ad şərtidir) deyib.

Belə ki, 2005-ci il təvəllüdlü Nicat Qasımov anasının telefonuna səsyazma proqramı yükləyərək onun danışıqlarını dinləyib. Cari ilin iyunun 4-də həmin proqram vasitəsi ilə anasının danışıqlarına qulaq asan zaman həmkəndlisi Vahid Əsgərovun (ad şərtidir) anasına sevgi etiraf etdiyini öyrənib. Əsəbiləşərək Vahid Əsgərovun evinə gedib və çölə çıxmasını istəyib. Anasına sevgi etiraf etməsinə görə Vahidi evin kənarında dəfələrlə bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Nicat Qasımova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində deyib ki, şübhələndiyim üçün anamın telefonunda gizlin səsyazmanı açdım:

“Anam Tahirə ilə birlikdə yaşayıram. Atamla anam mən uşaq olan zaman boşanıblar. Anam pirojki bişirib satmaqla məni böyüdüb. Dolanışığımıza dəstək olmaq üçün Bərdə rayonunun Lək kəndində usta yanında köməkçi işləyirəm. Bir gün anamın telefonuna tanımadığı nömrədən zəng gəldi. Zəng edənlə danışmağım üçün telefonu mənə verdi. Telefonu açanda səhv düşdüyünü dedi. Amma mən şübhələndim. Telefonun parametrlərində səsyazmanı açdım. Bir neçə gün sonra anamın telefonunu götürüb ayaqyoluna getdim. Telefonda “dosya”lar hissəsinə girərək səslərə qulaq asdım. Səslərdə bir nəfər şəxsin anama “Hay can, ürəyim, nə vaxt görüşək?” kimi ifadələr dediyini eşitdim. Həmin şəxsin avtomaşın ustası Vahid adlı şəxs olduğunu bildim.

Əsəbiləşib anamın yanına gəlib, onu yuxudan oyatdım. Vahidin kim olduğunu, münasibətləri barədə soruşdum. Anam məni sakitləşdirməyə çalışdı, dedi ki, Vahidin ailəsi ola-ola mənə sevgi etirafları edir, görüşə çağırır. Mətbəxdən bıçağı götürüb Vahidgilə getdim. Onu evdən çölə çağırıb, anama nələr təklif etdiyini soruşdum. Söyüş söydüyü üçün özümə sahib çıxa bilmədim. Onu dəfələrlə bıçaqladım”.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Vahid Əsgərov ifadəsində göstərib ki, Nicatgili evlərinə mişar daşı (kubik) gətirdiyi zaman tanıyıb:

“Nicatın anasını tanıyırdım, qonşuluq münasibətimiz var idi. Onların evlərinin tikintisi zamanı daş lazım idi, mən də köməklik göstərdim. Bundan başqa heç bir münasibətim olmayıb. Bir gün axşam qapıdan məni çağırdılar. Çıxanda Nicat olduğunu gördüm. Mənə “Bacı dediyin adama sən xəyanət edirsən?!” deyib bıçaqladı. Nicatın anasına “canım”, “ürəyim”, “səni saxlayım” kimi ifadələr işlətməyimi xatırlamıram. Lakin sözügedən ifadələri dediyimi ehtimal edirəm”.

Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə Nicatın anası Tahirə Qasımovanın ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilib. İfadədə deyilir:

“Oğlum ilə birlikdə yaşayıram. 13 il əvvəl ərimdən boşanmışam. O vaxtdan indiyə qədər bazarlarda pirojki sataraq oğlumu təkbaşına böyütmüşəm. Bir neçə il əvvəl evin təmiri üçün mişar daşı (kubik) lazım oldu. Bunu Vahid eşidib, evimizə mişar daşı gətirdi. Bir müddət sonra Vahid zəng elədi. Evi tikib-tikmədiyimi soruşdu, mən də “hə” cavabı verdim. Hadisədən bir neçə ay qabaq Vahid mənə yenidən zəng edərək “səni saxlamaq istəyirəm” dedi. Ona evli-başlı adam olduğunu, nəvə-nəticəsinin olmasını bildirib, bu əxlaqsız təklifini rədd etdim”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Nicat Qasımov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Nicat Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər