Ölkə başçısı bələdiyyələrlə bağlı qanun imzalayıb.
Gencexeber.az məlumat verir ki, Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.
Qanuna əsasən, Gəncə şəhəri də daxil olmaqla, qərb bölgəsinə aid müxtəlif rayonlarda yeni bələdiyyələr yaradılacaq. Qanunun tam mətni ilə buradan tanış olmaq olar.