top
Gəncə Tibb Kollecində RÜŞVƏT QALMAQALI
25 noyabr 2024, 18:20
- ↺ +

Gəncə Tibb Kollecində RÜŞVƏT QALMAQALI

 

Gəncə Dövlət Tibb Kollecinin Tibb bacısı fakültəsinin şöbə müdiri tələbələrdən rüşvət tələb etməkdə ittiham olunub.

Oxu.аz xəbər verir ki, tələbələrdən birinin valideyninin sosial şəbəkədə paylaşdığı bu iddia geniş müzakirə mövzusu olub.

İddiada qeyd olunub ki, fakültənin şöbə müdiri Yeganə Abbasova kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb edir.

"Tələbələr nəzəri biliklər ala bilmirlər, şöbə müdiri deyir, havayı yerə oxumayın, pul verməsəniz, keçməyəcəksiniz. Artıq pul çatdıra bilmirik", - deyə valideyn qeyd edib.

Məsələ ilə bağlı Gəncə Tibb Kollecinin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, sözügedən şikayətlə bağlı kollec rəhbərliyinə müraciət daxil olmayıb.

"Bildiririk ki, tibb kollecləri tərəfindən imtahan sessiyaları payız və yaz semestrinin sonunda keçirilir. Gəncə Tibb Kolleci tərəfindən imtahanlar beş nəfərdən ibarət İmtahan Attestasiya Komissiyası tərəfindən aparılır. Bundan əlavə, kollecin xüsusi komissiyası fəaliyyət göstərir ki, bu da valideynlər və tələbələr tərəfindən daxil olan şikayətləri araşdırır və müvafiq tədbir görür.

Qeyd olunan şikayətlə bağlı isə Gəncə Tibb Kollecinə müraciət edilməyib. Şikayətçi anonim olduğundan ittihamların kimə aid olduğunu müəyyənləşdirmək mümkün deyil, buna baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.

Əlavə olaraq qeyd etmək istərdik ki, anonim şikayətçinin əlində sübutlu faktlar varsa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada vurğulanır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər