Bakıda küçədən cəsəd tapılıb.
Lent.аz xəbər verir ki, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsi ev 38-in qarşısında baş verib. Gəncə şəhər sakini olan 55 yaşlı Rüfət Ramiz oğlu Rəhimovun meyiti qeyd olunan ərazidə tapılıb.
Cəsədin üzərində zorakılıq əlamətləri olmayıb.