Gəncədə Nizami və Kəpəz Bələdiyyələri tərəfindən Şəhidlər Xiyabanının ərazisində olan köhnə tamet daşları yenisi ilə əvəz olunur.
Gencexeber.az bildirir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Ümumi sahəsi 3500 kv.m. olan ərazidə köhnə tamet daşları sökülərək yenisi ilə əvəz olunur. Hazırda 1000 kv.m sahənin daşları yenilənib, irəlidəki günlərdə isə sözügedən ərazidə işlər tam yekunlaşacaq.