Milli Hidrometeorologiya Xidmətinin noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Gencexeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.
Onun sözlərinə görə, Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır.
O qeyd edib ki, düşən yağıntının miqdarı Daşkəsən-Gədəbəydə 9-15 mm, Gəncə-Qazaxda 2-6 mm təşkil edir.
“Havanın minimal temperaturu Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb. Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək”, - deyə G.Məmmədova bildirib.