Gəncə məktəbliləri beynəlxalq yarış üçün Vyetnama yollanacaqlar.
Gencexeber.az bildirir ki, bu barədə şagirdləri uğur qazanan təhsil ocaqları paylaşım edib.
Belə ki, Gəncə şəhər Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fatma Kazımzadə Fermat Beynəlxalq Riyaziyyat (FMO) yarışmasında gümüş medal qazanaraq Vyetnamda keçiriləcək final mərhələsində iştirak üçün sertifikat əldə edib.
Eyni zamanda Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin 2 şagirdi Fermat Beynəlxalq Riyaziyyat (FMO) yarışmasının seçim turunda medal qazanaraq (1 qızıl, 1 gümüş) Vyetnamda keçiriləcək final mərhələsində iştirak üçün sertifikat əldə ediblər.