Noyabrın 17-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Gencexeber.az məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü: Gədəbəyin dağlıq ərazilərində 1 sm olub.
Göygöldə 7 mm, Daşkəsəndə 3 mm, Naftalan, Gəncə və Goranboyda 1 mm-dək yağıntı qeydə alınıb.
Havanın minimal temperaturu Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.