Azərbaycanın dövlət rəmzlərindən biri də himnimizdir. Himn dövlət əhəmiyyətli tədbirlərdə, təntənəli mərasimlərdə, açılışlarda, tarixi-əlamətdar günlərdə, anım günlərində, dövlət başçıları arasında rəsmi görüşlərdə səslənir.
Amma məlum olub ki, himnimiz ölkədəki xəstəxanalardan birində hər gün səsləndirilir.
Gencexeber.az-a daxil olan məlumata əsasən, Qazax rayon Mərkəzi Xəstəxanasında hər gün səhər saat 9-da himn səslənir. Bu dəyişməz ənənə isə artıq 16 ildir ki, davam edir.
Sözügedən görüntüləri təqdim edirik: