top
Bu gün AXC-nin ilk baş naziri Fətəli xan Xoyskinin doğum günüdür
07 dekabr 2024, 09:40
- ↺ +

Bu gün AXC-nin ilk baş naziri Fətəli xan Xoyskinin doğum günüdür

 

Fətəli xan Xoyski 7 dekabr 1875-ci ildə Şəki şəhərində anadan olub. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olan Fətəli xanın ailəsi hələ 1819-cu ildə Gəncəyə köçmüş və uzun illər burada yaşamışdır. Xoyskinin həyatı və fəaliyyətinin əksər hissəsi də Gəncə ilə bağlıdır.

Gencexeber.az məlumat verir ki, Fətəli xan orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurub. Sonradan Moskva Universitetinin hüquq fakültəsini bitirən Fətəli xan Gəncədə, Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləyib.

1907-ci ildə Yelizavetpol quberniyasından II Dövlət dumasına deputat seçilən Xoyski fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edərkən çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid edib. 1907-1913-cü illərdə Gəncə, 1913-1917-ci illərdə Bakı dairə məhkəmələrində andçı-müvəkkil vəzifəsində işləyib.

1918-ci ildə AXC yaradıldıqdan sonra Fətəli xan başda olmaqla milli hökumət öz fəaliyyətini daha da genişləndirmək  üçün Gəncəyə köçüb. O, Gəncədə dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlik və idarələrin təşkili ilə məşğul olub. 30 avqust 1918-ci ildə Fətəli xan Xoyski hökuməti 1806-cı ildə çar hökuməti tərəfindən ləğv edilən Gəncə şəhərinin adını bərpa edib. Gəncə şəhəri 1935-ci ilə kimi öz tarixi adını daşıyıb.

Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Onun məzarı Tbilisi botanika bağının ərazisində, köhnə müsəlman qəbiristanlığında yerləşir.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Oxşar xəbərlər