top
“Bölgələrdəki ev sahibləri daha çox qazanır” – Kirayə mənzil bazarında VƏZİYYƏT NECƏDİR?
12 noyabr 2024, 18:00
- ↺ +

“Bölgələrdəki ev sahibləri daha çox qazanır” – Kirayə mənzil bazarında VƏZİYYƏT NECƏDİR?

 

Son zamanlar sosial şəbəkə istifadəçiləri arasında paytaxt ərazilərdə yerləşən kirayə mənzil bazarında qiymət artımının baş verdiyi qeyd olunur. Bunu köhnə tikililərin sökülməsi, tələbələr və COP29 tədbiri ilə bağlı ölkəyə gələn turistlərin artması ilə əlaqələndirirlər.

İddiaya görə, artıq mərkəzə yaxın hissələrdə 500 manatdan ucuz birotaqlı ev tapmaq müşkülə çevrilib.

Maraqlıdır, bəs real vəziyyət necədir? Hazırda mənzil bazarında qiymət artımı varmı?

Məsələ ilə bağlı Bakuplus.аz-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev deyib ki, tədbirlə əlaqəli bir sıra evlərin qiymətlərində artım var:

“Bölgələrdəki ev sahibləri daha çox qazanır” – Kirayə mənzil bazarında VƏZİYYƏT NECƏDİR?

“Daşınmaz əmlak bazarında qiymətlər stabil olaraq qalır. Sadəcə COP29 tədbiri ilə bağlı yeni tikili binalardakı kirayə mənzillərdə qiymət artımları müşahidə olunur. Təbii ki, bu qiymət artımı müvəqqəti xarakter daşıyır. Tədbir bitəndən sonra həmin mənzillərdə də qiymətlər keçmiş halına qayıdacaq.

Amma qeyd edim ki, köhnə tikili binalara tələbat çox olsa da, yeni tikili binalardakı mənzillərin qiyməti həmişə baha olub. Mənzil satış qiymətlərində də nə artım, nə də azalma var.

Sadəcə hazırda az kvadratlı, çıxarışlı mənzillərə tələbat çoxdur. Hansı ki, o evlər ipoteka predmetinə çevrilə bilən və qiyməti əlçatan olan mənzillər kimi daha çox diqqət cəlb edir. Bu tip evlərin qiymətlərində artımlar var”.

Bəs, bölgələrdə, turistik zonalarda vəziyyət necədir?

Ekspertin sözlərinə görə, turistik ərazilərdə ciddi şəkildə qiymət artımı var:

“Son 2-3 il ərzində turistik zonalarda torpaqlar və fərdi həyət evlərində ciddi şəkildə qiymət artımı müşahidə edilir. Belə hal əsasən də sırf turistlərin cəlb edildiyi ərazilərdə görülür. Təbii ki, bu yaxşı bir tendensiyadı. Çünki əvvəlki illərdə əmlak bazarında tələbat Bakı və digər böyük şəhərlərə olurdusa, hazırda vəziyyət dəyişib. Bölgələrə də ciddi maraq oyanıb, bu da qiymət artımı ilə nəticələnib.

Bölgələrdə insanlar ev tikir, torpaq və ya hazır ev alırlar. Həm özləri bağ evi kimi istifadə edir, həm də digər vaxtlarda günlük kirayə verib gəlir əldə edirlər. Yəni bölgələrdəki evlərin gəlirliliyi Bakıdakından daha çoxdur. Bölgələrdə paytaxtla müqayisədə satış qiyməti aşağıdır. Amma günlük kirayə verəndə şəhərdən daha çox qazanc gətirir”.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər