Noyabrın 25-i saat 9:00-a olan məlumata görə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib.
Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Gəncə, Yevlax, Daşkəsən və Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.