Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Gencexeber.az-a Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ baş verib.
Təbii fəlakət hadisəsi yerli vaxtla saat 05:50-də qeydə alınıb və 3,7 bal gücündə olub.
Ocağı 45 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.