top
Atasını öldürən oğul qərardan narazıdır
25 noyabr 2024, 11:50
- ↺ +

Atasını öldürən oğul qərardan narazıdır

 

Gəncədə qətl törətməkdə təqsirləndirilən Yusif Dadaşovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.аz xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 27-nə təyin edilib.

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, hadisə 2019-cu il noyabrın 15-də Gəncə şəhəri Cavadbəy Şıxlinski küçəsində baş verib. Əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Yusif Dadaşov sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovla mübahisə edib. Mübahisə nəticəsində Yusif Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

Mübariz Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Yusif Dadaşov saxlanılıb. İstintaq araşdırması zamanı baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oğul fəhlə, atası isə usta işləyirmiş. Mərhum evə içkili halda gələn oğluna “sərxoşsan, get yat, sabah işə gedəcəksən” deyib. Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. Bu zaman oğul bıçaqla Mübariz Dadaşova zərbə endirib.

İstintaq orqanı tərəfindən Yusif Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkum həmin hökmdən apellyasiya şikayəti verməyib. Bir qədər sonra Yusif Dadaşov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququndan istifadə etmək əvəzinə, 04 sentyabr 2023-cü il tarixdə yenidən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət verib. Gəncə Ağır Cinayətlər Məhkəməsi təkrar olaraq vəsatətə baxıb və 29 noyabr 2023-cü il tarixli qərarla vəsatəti rədd edib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər